“Yuventus” Xuan Kuadrado ilə müqaviləni yeniləyəcək

“Yuventus” Xuan Kuadrado ilə müqaviləni yeniləyəcək
# 16 may 2021 15:56 (UTC +04:00)

“Yuventus” yarımmüdafiəçisi Xuan Kuadrado ilə əməkdaşlığın davamında maraqlıdır.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” son turda “İnter”lə görüşdə dubl edən 32 yaşlı oyunçuya yeni müqavilə təklif edib.

Kolumbiya millisinin üzvü artıq təklifi müsbət cavablandırıb. Futbolçu gələn ilin yayına qədər olan sözləşməsinin müddətini tezliklə daha bir il artıracaq.

Qeyd edək ki, Xuan Kuadrado cari mövsüm 38 oyunda 2 qol vurub, 19 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR