Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 20 dekabr 2006 11:48 (UTC +04:00)
Dünən axşam Bakı-Qazax yolunun Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini İlqar Bayramovun idarə etdiyi “Mercedes” markalı və Qazax rayonu Çaylı kənd sakini Rəcəb Qocayevin idarə etdiyi “UAZ” markalı maşınlar toqquşub. Toqquşan maşınlar daha sonra yolun kənarında dayanmış “VAZ-2121” markalı avtomobilə dəyib. Nəticədə hadisə yerinin yaxınlığında olan Tovuz rayon sakini Hümbət Məmmədov xəsarət alaraq, hadisə yerində keçinib. Xəsarət almış İ. Bayramov və “Mercedes”in sərnişini, Çaylı kənd sakini Ramiz Eminov isə xəstəxanaya yerləşdiriliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR