Dövlət ittihamçısı Ədliyyə Nazirliyinin 24 işçisinə üst-üstə 99 il iş istəyib

Dövlət ittihamçısı Ədliyyə Nazirliyinin 24 işçisinə üst-üstə 99 il iş istəyib
# 20 dekabr 2006 12:05 (UTC +04:00)
Hakim E. Vəliyev APA-ya açıqlamasında bildirib ki, prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyib. Təqsirləndirilən 24 nəfərin 3-ü firma rəhbərləri, 19-u isə MQİBİ və İTTB-nin əməkdaşlarıdır. Dövlət ittihamçısı Cavanşir Cabbarova 12, Gülməmməd Məmmədova 9, firma rəhbərləri - Qabil Mustafayevə 9, Qəşəm Həsənova 5, Rauf Əliyevə 4, MQİBİ-nin İTTB-nin əməkdaşları - Rafiq Cəfərov və Elman Məmmədova 10, İslam Paşayevə 4 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib. Digər əməkdaşlar Rauf Məmmədov, Nazim Hüseynov Fərhad Həsənov, Şükür Qasımov, Eldar Əhmədov, Bəxtiyar Umudov, Mövsüm Əsgərov, İlham Quliyev, Faiq İsmayılov, Müşfiq Hüseynov, Natella Daşdəmirova 3, Sənubər Ələkbərova 1 il şərti, Telman Qarayevə isə 2 il sınaq müddətinə olmaqla 2 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib. Proses dekabrın 26-da vəkillərin müdafiə çıxışları ilə davam etdiriləcək.
Xatırladaq ki, bu şəxslər 5 il ərzində cəzaçəkmə müəssisələrinə ayrılmış ərzaq, dərman və digər malları mənimsəməkdə ittiham olunurlar. Penitensiar sistemin əməkdaşları ilə bərabər cəzaçəkmə müəssisələrinə ərzaq və digər mal verən firmaların rəhbərləri də məsuliyyətə cəlb olunublar. İttiham aktına görə dəstə üzvləri 5 il ərzində 16 milyard manat məbləğində dövlət əmlakını mənimsəyiblər. Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR