Hərbi xidmətə çağırış müddəti 20 gündən 30 günə qaldırılıb

Hərbi xidmətə çağırış müddəti 20 gündən 30 günə qaldırılıb
# 20 dekabr 2006 12:16 (UTC +04:00)
“Hərbi xidmətə çağırışın əsasları haqqında” qanunda xidmətə çağırış müddətinin 20 gündən 30 genə qaldırılmasından başqa hər hansı dəyişiklik nəzərdə tutulmur. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə məlumat verib. Onun bildirdiyinə görə, ali təhsillilərin hərbi xidmətə çağırış müddətinin 18 aya çatdırılması və üç uşağı olan, valideynləri əlil şəxslərin hərbi xidmətə çağırılması da nəzərdə tutulmur. Hərbi çağırış prosesinin ildə 4 dəfədən 2 dəfəyə endirilməsi də gözlənilmir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR