Azərbaycanlı zəvvarları Həccə aparacaq təyyarə reysləri bərpa olunub

Azərbaycanlı zəvvarları Həccə aparacaq təyyarə reysləri bərpa olunub
# 20 dekabr 2006 12:26 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Dekabrın 24-ə kimi azərbaycanlı zəvvarları Məkkəyə aparmaq üçün daha bir neçə təyyarə reysi həyata keçiriləcək.
Qeyd edək ki, texniki problemlərə görə, təyyarə reyslərinin uçuşu təxirə salınıb. Xatırladaq ki, azərbaycanlı zəvvarların birinci qrupu 30 avtobusla yola düşüb. Dekabrın 16-da isə daha 30 avtobus Səudiyyə Ərəbistanına yola salınıb. Həcc ziyarəti üçün Azərbaycana 4500 nəfərlik kvota ayrılıb. Bunlardan 2500-i avtobus, 2000-nin isə təyyarə ilə Həccə getməsi planlaşdırılıb. Avtobusla Həcc ziyarətinin qiyməti 1350 (keçən illə müqayisədə 30 ABŞ doları baha), təyyarə ilə 2200 ABŞ dollardır (keçən ilki ilə müqayisədə 100 ABŞ dolları baha)./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR