Ağcabədinin Hindarx kəndində piyadanı vurub hadisə yerindən qaçan sürücünün şəxsiyyəti müəyyən edilib

Ağcabədinin Hindarx kəndində piyadanı vurub hadisə yerindən qaçan sürücünün şəxsiyyəti müəyyən edilib
# 20 dekabr 2006 13:55 (UTC +04:00)
Ağcabədi rayon Hindarx kənd sakini 1936-cı il təvəllüdlü Hümbətov Əjdər Duran oğlu yaşadığı kənddə naməlum avtomaşın tərəfindən vurulub. Ağcabədi Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ə.Hümbətov hadisə yerində keçinib. Aparılan əməliyyat tədbirləri nəticəsində Ə.Hümbətovu vuraraq hadisə yerindən qaçan sürücünün şəxsiyyəti müəyyən edilib. Hadisə 59 BC 425 dövlət nömrə nişanlı “VAZ-21011” markalı maşınla törədilib. Faktla bağlı cinayət işi qaldırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR