Bu il Azərbaycanın Ombudsman Aparatına 7400 şikayət daxil olub

Bu il Azərbaycanın Ombudsman Aparatına 7400 şikayət daxil olub
# 20 dekabr 2006 14:33 (UTC +04:00)
Bu il Ombudsman Aparatına 7400 şikayət daxil olub. APA-nın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova məlumat verib. E.Süleymanova bildirib ki, şikayətlərin əksəriyyəti hüquq-mühafizə orqanları, məmurlar və məhkəmələrdəndir. Onun sözlərinə görə, hər üç şikayətdən biri hakimlərin fəaliyyəti ilə bağlıdır. E.Süleymanova Ombudsmanın 5 regionda nümayəndəliyinin yaradıldığını və şikayətlərin yerində araşdırıldığını deyib: “Hər bir polis idarəsində Ombudsmana müraciət etmək üçün telefon nömrələri əks olunan xüsusi plakatlar hazırlanır. Səhiyyə müəssisələri, Mənzil-İstismar sahələri, təhsil müəssisələrinin fəaliyyəti barədə çoxlu sayda şikayətlər daxil olur”. Ombudsmanın fikrincə, MİS-lərin fəaliyyəti korrupsiyaya şərait yaradır və onların səlahiyyətləri bələdiyyələrə verilməlidir. E.Süleymanova qeyd edib ki, Ombudsman Aparatında Çevik Araşdırma qrupları da yaranıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR