Ombudsman Aparatının əməkdaşları 1 saylı İstintaq Təcridxanasında baxış keçirib

Ombudsman Aparatının əməkdaşları 1 saylı İstintaq Təcridxanasında baxış keçirib
# 20 dekabr 2006 15:27 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasında baxış keçirib. Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Ombudsman Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması məqsədi ilə keçirilən monitorinq zamanı orada saxlanılan məhbuslarla görüş keçirilib, məhbusların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olunub. Söhbət zamanı məhbuslar istintaq təcridxanasında saxlanıldıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayətlərinin olmadığını bildiriblər. İstintaq altında olan şəxslərin bəziləri, o cümlədən aclıq keçirən bir neçə şəxs şikayətlərinin yalnız barələrində çıxarılmış məhkəmə qərarlarından, istintaqın qeyri-obyektiv aparılmasından olduğunu söyləyiblər. Ombudsman keçirilən baxışın nəticələri, həmçinin qeyd olunan şikayətlərlə bağlı müvafiq qurumlara müraciət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR