Sosioloji sorğu: Avropa Birliyinə üzv dövlətlərdə qurumun nüfuzu azalmaqdadır

Sosioloji sorğu: Avropa Birliyinə üzv dövlətlərdə qurumun nüfuzu azalmaqdadır
# 20 dekabr 2006 16:34 (UTC +04:00)
Avropa Birliyinə üzv ölkələrdə, həmçinin ittifaqa üzv qəbul olmağa hazırlaşan ölkələrdə bu qurumun nüfuzu getdikcə azalır. APA-nın məlumatına görə, Avropa Komissiyası tərəfindən keçirilən rəy sorğusunda iştirak edən vətəndaşlarının yalnız 53 faizi Avropa Birliyinin fəaliyyətini dəstəklədiyini bildirib. AB tərəfdarları İrlandiyada çoxluq təşkil edir. İrlandların 78 faizi Avropa Birliyinin fəaliyyətini təqdir edib. Xorvatiyada isə vətəndaşların yalnız 32 faizi AB tərəfdarı hesab olunur. Yanvarın 1-də Avropa Birliyinə daxil olacaq Bolqarıstanda AB tərəfdarları 55 faiz, Rumıniyada isə 62 faiz təşkil edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR