Bərdədə baş verən yol qəzalarında iki nəfər xəsarət alıb

Bərdədə baş verən yol qəzalarında iki nəfər xəsarət alıb
# 20 dekabr 2006 16:35 (UTC +04:00)
Bərdədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, günün birinci yarısında Yevlax-Ağdam yolunun 28-ci kilometrliyində 24-61 AZS dövlət nömrə nişanlı QAZ-21 “Volqa” markalı avtomobillə 10 LJ 462 dövlət nömrə nişanlı VAZ-21 099 markalı minik maşınının toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Hüseynova Sevda Hüseynalı qızı yaralanıb. Günorta saatlarında isə rayonun Zümrüxaç kəndində VAZ-21 06 markalı maşın 1994-cü il təvəllüdlü Abbasova Təhminə Zabil qızını vurub. Yaralı dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildiriblər. Hər iki faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR