Gəncədə qaz sayğacı quraşdıran fəhlələrin maaşları ödənilmir

Gəncədə qaz sayğacı quraşdıran fəhlələrin maaşları ödənilmir
# 21 dekabr 2006 07:59 (UTC +04:00)
Gəncənin yaşayış massivlərində qaz sayğacları quraşdıran şirkətlərin əməkdaşlarının maaşları ödənmir. Sayğacların quraşdırılması üçün Gəncə şəhər qaz istismar idarəsi ilə müqavilə bağlamış Gəncə cihazqayırma zavodunun işçisi Şaiq İsgəndərov APA-nın Qərb bürosuna iki aydır maaş almadıqlarını deyib. “İşçilər yaşayış massivlərində, evlərdə müqavilə əsasında sayğac quraşdırsa da, Gəncə qaz istismar idarəsi müqavilə əsasında bizə çatacaq pulu ödəmir. Bu müddət ərzində hər bir işçi orta hesabla 90-a yaxın sayğac quraşdırıb. Pulu ödəməli olan qaz istismar idarəsinə nə zaman müraciət olunursa, pulun yaxın vaxtlarda ödənəcəyini bildirirlər”. Gəncə şəhər qaz istismar idarəsinin rəisi Ramiz İsmayılov bu məsələs ilə bağlı APA-nın suallarını cavablandırmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR