Lənkəranda kənd təsərrüfatı və sənaye məhsullarının bayram satış yarmarkası keçiriləcək

Lənkəranda kənd təsərrüfatı və sənaye məhsullarının bayram satış yarmarkası keçiriləcək
# 21 dekabr 2006 10:26 (UTC +04:00)
Dekabrın 23-də Lənkəran şəhərinin Dəmiryolu Vağzalı ərazisindəki meydanda böyük bayram yarmarkası təşkil olunacaq. Bu barədə APA-nın Cənub bürosuna şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov məlumat verib. Onun sözlərinə görə, yarmarkanın təşkilində məqsəd həm Lənkəran, həm də ətraf rayonların sakinlərinin yeni il qabağı ucuz və keyfiyyətli kənd təsərrüfatı və sənaye məhsulları əldə etməsinə imkanı yaratmaqdır. Yarmarkada Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Qəbələ və Qobustan rayonlarının kəndli-fermer təsərrüfatları ilə yanaşı, paytaxtdakı bir neçə şirkətin məhsulları da satışa çıxarılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR