11 ayda ölkədə 1697 cinayət hadisəsi qeydə alınıb

11 ayda ölkədə 1697 cinayət hadisəsi qeydə alınıb
# 21 dekabr 2006 10:35 (UTC +04:00)
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Daxili İşlər Nazirliyində 1697 cinayət hadisəsi qeydə alınıb. Onların 9 faizi xüsusilə ağır və ağır xarakterli cinayət hadisəsidir. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeydə alınan cinayətlərin 246-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 225-i qəsdən sağlamlığa ağır zərər vurma, 16-sı isə adam oğurluğudur. Bu cinayətlərin 297-ni xarici vətəndaşlar törədiblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində qeydə alınan cinayətlərin 74 faizi açılıb. Açılan cinayətlərin 13 faizi bir qrup şəxs, 11 faizi əvvəllər cinayət törədən şəxs, 3 faizi sərxoş vəziyyətində olan şəxs tərəfindən və 2 faizi yetkinlik yaşına çatmayanlar və ya onların iştirakı ilə törədilib. Yanvar-noyabr aylarında aşkar edilən 16045 nəfər hüquqpozucunun 10552-si cinayət məsuliyyətinə cəlb olunub. Onların 87 faizi əmək qabiliyyətli yaşda olub heç yerdə oxumayan və işləməyən, 13 faizi qadın, 3 faizi yetkinlik yaşına çatmayan şəxsdir. Törədilən cinayətlər nəticəsində 9645 nəfər şəxs zərər çəkib ki, onların da 57 faizi kişi, 43 faizi isə qadındır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR