Goranboy sakini 2 kiloqram marixuananı satarkən həbs olunub

Goranboy sakini 2 kiloqram marixuananı satarkən həbs olunub
# 21 dekabr 2006 11:00 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşları Goranboy rayon Polis İdarəsinin əməkdaşları ilə birgə əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Quliyev İslam Cuma oğlu 2 kiloqram marixuananı satmaq istəyərkən yaxalayıb. Bu barədə APA-nın Qərb bürosuna Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin rəis müavini Rafael İsmayılov məlumat verib. Onun sözlərinə görə, Goranboy rayonunun Balakürd kənd sakini Quliyev İslam narkotik maddəni Mola Vazlı kəndində 2000 ABŞ dollarına satmaq istəyərkən saxlanıb. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR