Lənkəran sakini intihar etməyə cəhd göstərib

Lənkəran sakini intihar etməyə cəhd göstərib
# 21 dekabr 2006 12:00 (UTC +04:00)
Dekabrın 20-də gecə saat 22.30 radələrində Lənkəran şəhəri Heydər Əliyev küçəsi, 78/4, mənzil 16-da yağın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin (DYTX) iki yanğınsöndürən maşını hadisə yerinə gələnə kimi qonşular 1953-cü il təvəllüdlü Əli İzzət oğlu Mirzəyevə məxsus yaşayış evindəki yanğını söndürə biliblər. Bununla belə, 68 kvmetrlik mənzilin 5 kv metri yanaraq yararsız hala düşüb. Həmçinin ev sahibinin oğlu, 1976-cı il təvəllüdlü Faiq Mirzəyev dördüncü dərəcəli yanıqla Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dən APA-ya bildirilib ki, zərərçəkən F. Mirzəyevin vəziyyəti orta-ağırdır. Qonşuların sözlərinə görə, yanğının baş verməsinə səbəb Faiq Mirzəyevin üstünə neft tökərək ailə münaqişəsi zəminində intihar etməyə cəhd göstərməsi olub. Faktla bağlı Lənkəran Rayon Prokurorluğuna təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR