Milli Məclis qadın zorakılığı ilə bağlı bəyanat qəbul edib

Milli Məclis qadın zorakılığı ilə bağlı bəyanat qəbul edib
# 21 dekabr 2006 14:29 (UTC +04:00)
Bu gün Milli Məclis Avropa Şurasına üzv ölkələrində qadın zorakılığına qarşı mübarizə kampaniyası çərçivəsində xüsusi iclas keçirib. APA-nın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu kampaniya 2006-2008-ci illəri əhatə edəcək. Bu müddət ərzində Azərbaycanda qadın zorakılığına qarşı yeni qanunlar qəbul ediləcək, mövcud qanunlar isə təkmilləşdiriləcək. Millət vəkili Elmira Axundova isə deyib ki, aparılan anonim sorğuya əsasən Azərbaycan qadınlarının 80%-i zorakılığa məruz qalır: “Bundan başqa, ölkədə azyaşlı qızlar zorla ərə verilir ki, bu da onların təhsil almasına əngəl törədir. Bunun da nəticəsi olaraq orta məktəblərin yuxarı siniflərində qızların davamiyyəti olduqca aşağıdır”. Müzakirələrdən sonra MM qadın zorakılığı ilə bağlı bəyanat qəbul edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR