Məhkəmələr tərəfindən məhkum olunanların 10%-i qadınlardır

Məhkəmələr tərəfindən məhkum olunanların 10%-i qadınlardır
# 21 dekabr 2006 14:55 (UTC +04:00)
“Məhkəmələr tərəfindən məhkum olunan şəxslərin 10%-ni qadınlar təşkil edir. Onların əksəriyyətinə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar verilib”. APA-nın məlumatına görə, bunu Milli Məclisdə çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev bildirib. Onun sözlərinə görə, məhkum qadınların ayrıca saxlanması üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrində 265 qadın məhkum cəza çəkir ki, onların da 23-ü əcnəbi vətəndaşdır. Cəza çəkən qadın məhbusların 23%-i adam öldürməyə, 21%-i narkotik maddələrə, 20%-i isə digər cinayətlərə görə məhkum edilib. Qadın məhbusların bəziləri ailə zorakılığına məruz qaldıqlarına görə cinayət törədib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR