“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin İnternet saytları xakerlər tərəfindən dağıdılıb

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin İnternet saytları xakerlər tərəfindən dağıdılıb
# 21 dekabr 2006 16:33 (UTC +04:00)
Bu gün “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin “www.gunazer.com” və “www.realazer.com” İnternet saytları xakerlər tərəfindən iki dəfə dağıdılıb. Bu barədə APA-ya qəzetlərin baş redaktoru Eynulla Fətullayev məlumat verib. Onun sözlərinə görə, sayta saat 9.00-dan başlamış hücumlar axşam saat 19.00-dək davam edib. Hücumların hələ də davam etdiyini bildirən baş redaktor bunun qarşısının alınmasının mümkün olmadığını bildirib: “Biz yalnız onu müəyyənləşdirə bilmişik ki, bu hücumlar Bakıdan edilir. Bunun qarşısının alınması üçün isə heç bir texniki imkan yoxdur. Hücumlar bizim Elmar Hüseynovla bağlı apardığımız araşdırmalar sayta yerləşdirdikdən sonra başladı. Güman edirəm ki, bu, bir-biri ilə əlaqəli məsələdir. Mətbuatla bu cür mübarizə aparmazlar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR