“AZƏRROS”un media-holdinqinin təqdimat mərasiminə azərbaycanlı jurnalistlər dəvət olunmayıblar

“AZƏRROS”un media-holdinqinin təqdimat mərasiminə azərbaycanlı jurnalistlər dəvət olunmayıblar
# 21 dekabr 2006 17:02 (UTC +04:00)
“AZƏRROS” Azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyəti “Prezident-otel”də yeni media-holdinqin təqdimat mərasimini keçirib. APA-nın Rusiya bürosunun məlumatına görə, media-holdinqə internet-kanal, iki jurnal, “AZƏRROS” və “Ya qrajdanin” qəzetləri daxildir. Tədbirdə həmçinin “AZƏRROS” ilə “NTV+” kanalı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən “AZƏRROS” “NTV+” kanalı ilə öz verilişlərini yayımlayacaq. Bundan başqa tədbirdə “AZƏRROS” qəzetinin yubileyi də qeyd olunub. Mərasimə Azərbaycan mediasının nümayəndələri dəvət olunmayıb. “AZƏRROS”dan bildiriblər ki, azərbaycanlı jurnalistlərin tədbirə çağırılmamağına qurumun prezidenti Söyün Sadıqov qərar verib. Onun fikrincə, media-holdinq Rusiya ərazisində fəaliyyət göstərdiyinə görə daha çox rusiyalı jurnalistlərlə əlaqələr qurmaqda daha maraqlıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR