Gəncədə bəzi binaların fasadları dəyişdiriləcək

Gəncədə bəzi binaların fasadları dəyişdiriləcək
# 22 dekabr 2006 07:46 (UTC +04:00)
Gəncənin Xətai prospektində və Cavad xan küçəsində bir neçə binanın fasadları dəyişdiriləcək. Bu barədə APA-nın Qərb bürosuna Gəncə Çoxsahəli Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyev məlumat verib. Onun sözlərinə görə, fasadların dəyişdirilməsi şəhərdə ilk dəfə olaraq həyata keçiriləcək və iş dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılacaq: “Binaların fasadlarının üzərinə xüsusi qurğuların köməkliyi ilə yeni kapron örtüklər bərkidiləcək ki, bu da köhnə binalara yeni görkəm verəcək”. A. Əliyev bildirib ki, fasadların dəyişdirilməsinə hər kvadrat metr üçün 100 ABŞ dolları xərclənəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR