Üç Hacıqabul sakini marixuana satarkən həbs edilib

Üç Hacıqabul sakini marixuana satarkən həbs edilib
# 22 dekabr 2006 09:28 (UTC +04:00)
Hacıqabul rayon sakinləri Zaur Zabit oğlu Həmzəyev, Ramiz Xanlar oğlu Əliyev və İxtiyar İsrail oğlu Feyzullayev 308 qram marixuananı 550 ABŞ dollarına Eynulla Hacı oğlu Nuriyevə satarkən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıblar. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Telman Həsənov məlumat verib. Faktla rayon Polis Şöbəsində cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR