Yanvar-noyabr aylarında Azərbaycanda baş verən yol qəzalarında 909 nəfər həlak olub

Yanvar-noyabr aylarında Azərbaycanda baş verən yol qəzalarında 909 nəfər həlak olub
# 22 dekabr 2006 11:59 (UTC +04:00)
2006-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda 2942 yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, qəzalar zamanı 909 nəfər həlak olub, 3339 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisələrinin 1559-u paytaxtın payına düşür. Bakıda qəzalar zamanı 260 nəfər həlak olub, 1756 nəfər yaralanıb. Ötən ilin müvafiq dövründə respublikada 2876 (942 ölüm, 3337 xəsarət), Bakıda isə 1498 (378 ölüm, 1646 yaralı) yol qəzası baş verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR