Bir qrup Bakı sakini mənzil problemi ilə əlaqədar mətbuat konfransı keçirib

Bir qrup Bakı sakini mənzil problemi ilə əlaqədar mətbuat konfransı keçirib
# 22 dekabr 2006 12:28 (UTC +04:00)
Salatın Əsgərova, 185 ünvanında yaşayan bir qrup sakin və onların vəkili Fuad Ağayev mənzil problemləri ilə bağlı bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, F. Ağayev bildirib ki, sözügedən ünvanda uzun illərdir ki, 20 ailə yaşayır və hər birinin orderi var. O, hətti bəzi sakinlərin öz mənzillərini özəlləşdirdiklərini də bildirib: “Amma bir neçə gün əvvəl bəlli olur ki, Nəsimi rayon məhkəməsi 1994-cü ildə Mirağa Abbaov adlı vətəndaşı bu ünvana qeydiyyata daxil edib və bütün evlərin onun mülkiyyəti olması ilə bağlı qərar çıxarıb. Amma bu müddətdə burada yaşayan sakinlərə məsələ ilə bağlı heç bir xəbər verilməyib. Sadəcə, bir müddət əvvəl bildiriblər ki, bu ev başqa adamındır və hazırkı sakinlərin heç bir mülkiyyət hüququ yoxdur”. F. Ağayev bildirib ki, M. Abbasov 1994-cü ilin sonunda vəfat edib və miras onun oğlu Seyidabbas Abbasova keçib. S. Abbasov da 2000-ci ildə vəfat etdikdən sonra mirasla bağlı heç bir sənəd hazırlanmayıb. “Sadəcə, 2006-cı ilin sonlarında Seyidağa Abbasovun oğlanları məhkəmədə mirasın qəbul olunması ilə bağlı məsələ qaldırırlar. Salatın Əsgərorva, 185 ünvanı Nəsimi rayonu ərazisində yerləşməsinə baxmayaraq, məsələylə bağlı Səbael rayon Məhkəməsi və bu rayonun ərazisində yerləşən 41 saylı notariat kontoru mirasın Abbasovlara verilməsi ilə bağlı qərar qəbul edirlər. Yalnız bundan sonra həmin ünvanda yaşayan sakinlərə evin Abbasova aid olduğu bildirilib. Biz həm Nəsimi rayon Məhkəməsinin 1994-cü ild qəbul etdiyi qərar, həm də Səbael rayon məhkəməsinin qərarı ilə bağlı apelliyasiya şikayəti vermişik. Çünki bu ünvanla bağlı məhkəmə işlərinin heç birində həmin yerdə yaşayan sakinlər dindirilməyib”. F. Ağayevin sözlərinə görə, Abbasovlar 768 kvadrat metr ərazisi olan bu ərazini 20 ailənin əlindən alıb, tikinti şirkətlərinə satmaq istəyir. Amma burada yaşayan 80 nəfərlə bağlı düşünən yoxdur”. Vəkil hazırda məhkəmələrə etdiyi müraciətlərin cavabını gözlədiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR