Bakı Metropolitenin rəisi Tağı Əhmədovun qohumu həbs olunub

Bakı Metropolitenin rəisi Tağı Əhmədovun qohumu həbs olunub
# 22 dekabr 2006 12:44 (UTC +04:00)
“Dekabrın 11-dən 12-nə keçən gecə saat beşə on dəqiqə işləmiş mənə məlumat verdilər ki, metroda iki telefonun dəstəyi qırılıb, svetoforun şüşəsi sındırılıb. Mən dərhal Respublika Prokurorluğuna, Milli Təhlükəsizlik Nazirliyinə zəng etdim. Həmin gün qohumum növbədə idi. O, içkili vəziyyətdə olub, ona görə də onu tutublar”. APA-nın məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov qohumunun metroda təxribat törətməsi barədə yayılan məlumatlara münasibət bildirərkən belə deyib. O bildirib ki, həmin əməllərin qohumu tərəfindən edildiyi hələ təsdiqlənməyib. Qohumunun hazırda harada saxlanıldığını bilmədiyini deyən T.Əhmədovun sözlərinə görə, həmin cinayəti törədən şəxs cəzasız qalmamalıdır: “Metroda baş verən hadisəyə görə adı hallanan qohumumu “banditizm”ə, sonra da deyəsən, Bayıla aparıblar. İndi haradadır, bilmirəm, heç bununla maraqlanmıram da... Qardaşım belə, həmin hərəkətləri etsə, cəzasını çəkməlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR