Sabah Azərbaycan Jurnalistlərinin IV Qurultayı keçiriləcək

Sabah Azərbaycan Jurnalistlərinin IV Qurultayı keçiriləcək
# 22 dekabr 2006 12:44 (UTC +04:00)
Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən 120-dək KİV-in təxminən 200 nümayəndəsi iştirak edəcək. Bundan başqa, qurultaya 50-dək qonağın qatılması gözlənilir. Dənizçilərin Mədəniyyət Evində (Xəqani, 16) keçirilək qurultayda qeydiyyat saat 09.00-da başlayacaq. Qurultayın isə saat 10.00-da başlaması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR