Bu ilin 11 ayında narkotiklərlə bağlı 2129 cinayət qeydə alınıb

Bu ilin 11 ayında narkotiklərlə bağlı 2129 cinayət qeydə alınıb
# 22 dekabr 2006 13:23 (UTC +04:00)
Cari ilin 11 ayında respublikada narkotiklərlə bağlı 2129 cinayət qeydə alınıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, qeydə alınan cinayətlərin 706-sı narkotiklərin satışı, 1288-i saxlanması, 122-si əkini ilə bağlıdır. Bu növ cinayətləri törətdiyinə görə 2129 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hesabat dövründə qanunsuz dövriyyədən 509 kq 685 qr müxtəlif növ narkotik vasitə və 522 ədəd psixotrop dərman preparatı çıxarılıb. Qanunsuz dövriyyədən çıxarılan narkotiklər 210 kq 449 qr həşiş, 120 kq 933 qr tiryək, 125 kq marixuana, 45 kq 412 qr heroindən ibarət olub. 11 ayda yabanı bitmiş və qanunsuz əkilib-becərilmiş 400 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR