Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin problemləri ilə bağlı təhsil naziri Misir Mərdanovla görüş keçiriləcək

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin problemləri ilə bağlı təhsil naziri Misir Mərdanovla görüş keçiriləcək
# 22 dekabr 2006 13:31 (UTC +04:00)
“Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin problemləri ilə əlaqədar təhsil naziri Misir Mərdanovla görüş planlaşdırılıb. Bununla bağlı millət vəkili Həvva Məmmədova ilə birlikdə Təhsil Nazirliyinə müraciət etmişik”. Bu barədə APA-ya açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Xəzər Emin məlumat verib. O, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin böyük problemlərinin olduğunu bildirib: “Türkmənistandan olan tələbələr 140 dollara öz vətənlərinə təyyarə ilə gedib-gələ bildiyi halda, bizim tələbələr 400 dollara yaxın pul xərcləməlidirlər. Həmin tələbələrin təqaüdü çox aşağı olduğundan, buna imkanları çatmır. Türk iş adamı Mustafa Özbəydən Türkiyədə təhsil alan 15-20 tələbəmizə təqaüd ayrılmasını xahiş etmişik. O, bu təklifi qəbul edib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR