Eynulla Fətullayev barəsində 2 illik şərti cəza 1 ilə endirilib

Eynulla Fətullayev barəsində 2 illik şərti cəza 1 ilə endirilib
# 22 dekabr 2006 13:35 (UTC +04:00)
Bu gün Apellyasiya Məhkəməsində hakim Rasim İsgəndərovun sədrliyi ilə “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində Yasamal rayon Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə proses başa çatıb. E. Fətullayev APA-ya bildirib ki, məhkəmə apellyasiya şikayətini qismən təmin edərək Yasamal rayon Məhkəməsinin qərarını dəyişdirib. Belə ki, Yasamal rayon Məhkəməsinin E. Fətullayev barəsində təyin etdiyi 2 illik şərti cəza 1 ilə endirilib. E. Fətullayevin sözlərinə görə, daxili işlər naziri Ramil Usubovun nümayəndəsi məhkəmədən cəzanın azaldılmasını xahiş edib. Xatırladaq ki, daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında şikayəti üzrə baş redaktor 2 il müddətində şərti cəza verilib. Nazirin məhkəməyə müraciətinə E. Fətullayevin “Realnıy Azerbaydjan” qəzetində dərc edilmiş “Antibiotiklərin iflası” adlı məqaləsindəki fikirləri səbəb olub. Nazir həmin yazıda şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR