Siyasi Məhbus Problemləri üzrə Şura Bakıdakı bir neçə cəzaçəkmə müəssisəsində monitorinq keçirib

Siyasi Məhbus Problemləri üzrə Şura Bakıdakı bir neçə cəzaçəkmə müəssisəsində monitorinq keçirib
# 22 dekabr 2006 13:50 (UTC +04:00)
Siyasi Məhbus Problemləri üzrə Şura dekabrın 16-dan 20-dək Bakıdakı bir neçə cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Şuradan APA-ya verilən məlumata görə, monitorinq 11 və 7 saylı cəzaçəkmə müəssisələrində, qadın məhbusların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində aparılıb. Monitorinq zamanı məhkumların saxlanma şəraiti, sağlamlıq durumu, xəstə məhbusların müalicəsi vəziyyəti, qidalanmaları, ailə üzvləri ilə vaxtlı-vaxtında görüşlərinə icazə verilib-verilməməsi, müəssisə əməkdaşlarının məhbuslarla rəftarı, məhkumların peşələrə yiyələnmələri, təhsil almaları üçün yaradılan şərait diqqət mərkəzində olub. Söhbətlər və görüşlər zamanı məhkumlar yalnız istintaq orqanlarının və məhkəmələrin qərarlarından narazı olduqlarını deyiblər. Onlar prezidentin yeni əfv fərmanları imzalamasını və amnistiya elan olunmasını gözlədiklərini bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR