Milli Məclis “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna əlavə və dəyişikliklər edib

Milli Məclis “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna əlavə və dəyişikliklər edib
# 22 dekabr 2006 14:24 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna əlavə və dəyişikliklər edilib. APA-nın xəbərinə görə, qanuna təklif edilən əlavə və dəyişikliklər haqqında parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov məlumat verib. Komissiya sədri bildirib ki, təklif edilən əlavə və dəyişikliyə əsasən çağırış müddəti 20 gündən 30 günə qədər artırılır. Çağırışla bağlı prezident fərmanından sonrakı 20 gün müddətində çağırışçı qeydiyyatda olduğu ərazinin hərbi komissarlığına gəlməlidir. Bundan başqa, bakalavr təhsilindən sonra çağırışçılar üçün hərbi xidmətdən möhlət hüququ ləğv edilir. Müzakirələrdən sonra əlavə və dəyişikliklər qəbul olunub. Bundan başqa, deputatlar “Dərman vasitələri haqqında” qanunu üçüncü oxunuşda, “Bağçılıq təsərrüfatı haqqında” qanunu ikinci oxunuşda, Cinayət Prosessual Məcəlləyə əlavə və dəyişikliyi və “Əhalinin dövlət reyestri haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələri qəbul ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR