Bu il Gəncədə yol-hərəkət qaydalarının pozulması halları artıb

Bu il Gəncədə yol-hərəkət qaydalarının pozulması halları artıb
# 22 dekabr 2006 14:47 (UTC +04:00)
Bu ilin 11 ayı ərzində Gəncədə yol-nəqliyyat qəzalarının sayı ötən ilin müvafiq dövrü ilə eynilik (226 hadisə) təşkil edir. Bu haqda APA-nın qərb bürosuna Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi Adil Zeynalov məlumat verib. Onun sözlərinə görə, qəzalar zamanı ölən və yaralananların sayı da ötən ilin 11 ayı ilə müqaisədə müvafiq olaraq 12 və 23 nəfər azalıb: “2006-cı ildə 226 nəqliyyat qəza hadisəsi zamanı 26 nəfər vəfat edib, 128 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
A.Zeynalov qeyd edib ki, bu il yol-hərəkət qaydalarının pozulması halları ötən ilin 11 ayı ilə müqayisədə artıb. Belə ki, yol-hərəkət qaydalarına əməl etməyən sürücülərlə bağlı 2005-ci ilin müvafiq dövründə 16574, 2006-cı ildə isə 16971 inzibati protokola əsasən tərtib olunub və onlar cərimələniblər. Bu il həmçinin saxlanılan sürücülər arasında avtomobili sərxoş vəziyyətdə idarə edənlərin də sayı artıb. Əgər ötən ilə 704 nəfərin avtomobili sərxoş vəziyyətdə idarə etdiyi aşkarlanıbsa, 2006-cı ildə bu rəqəm 1091 nəfər təşkil edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR