Türkiyə, İsveç və Birləşmiş Ərəb Əmirliyində yaxalanan 3 nəfərin Azərbaycana ekstradisiyası məsələsinə baxılır

Türkiyə, İsveç və Birləşmiş Ərəb Əmirliyində yaxalanan 3 nəfərin Azərbaycana ekstradisiyası məsələsinə baxılır
# 22 dekabr 2006 14:56 (UTC +04:00)
İnterpol tərəfindən beynəlxalq axtarışda olan 55 avtomaşının yeri respublikamızda müəyyən olunub. Bu barədə APA-ya müsahibəsində Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun (MMB) rəisi Məmməd Mikayılov bildirib. Onun sözlərinə görə, istintaq orqanlarından və Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş tapşırıqlar əsasında İnterpolun Baş Katibliyinin ASF (avtomatlaşdırılmış axtarış sistemi) məlumat bazasına sorğular göndərilib. Azərbaycanda yeri müəyyən olunan avtomobillərin 7-si Almaniya, 26-sı Yaponiya, 5-i Fransa, Rusiya, 4-ü Türkiyə, 2-si İtaliya, Bolqarıstan, Belçika, 1-i İsveç və Polşa tərəfindən beynəlxalq axtarışa verilib. M. Mikayılov deyib ki, İnterpolun Milli Mərkəzi Bürosunun apardığı tədbirlər nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olan 25 nəfərin yeri xarici ölkələrin ərazilərində müəyyən edilib. Onlardan biri Yaponiya, Türkiyə və Rusiyadan, 2-si Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana ekstradisiya edilib, 1-i ABŞ-dan Azərbaycana gələrək istintaq orqanlarına könüllü təslim olub, 2 nəfəri isə Azərbaycan ərazisində müəyyən olunaraq yaxalanıb. 6 nəfər Rusiya, 1 nəfər Türkiyə, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri ərazisində cinayət törətdiklərinə görə həmin ölkələrin məhkəmələri tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hazırda yerləri müəyyən olunmuş təqsirləndirilən şəxslərdən 3 nəfərin Azərbaycana ekstradisiyası məsələsinə baxılır. Onlar Türkiyə, İsveç və Birləşmiş Ərəb Əmirliyində saxlanılıblar. Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində iki və daha çox şəxsi öldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama cinayətləri törətdiyi üçün Astara rayon Polis Şöbəsi tərəfindən axtarılan Murad Əliyevin yeri Yaponiyada müəyyən olunub və o, bu ilin mayında Azərbaycana ekstradisiya edilib. Bu il ərzində İnterpola üzv ölkələr tərəfindən axtarılan 13 nəfərin yeri Azərbaycan ərazisində müəyyən olunub. Onlardan 10-u Rusiya, 2-si Türkiyə, 1-i Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR