Böyük Britaniyada yeni doğulan körpələrə qoyulan Məhəmməd adı Cozef və Corc adlarını arxada qoyub

Böyük Britaniyada yeni doğulan körpələrə qoyulan Məhəmməd adı Cozef və Corc adlarını arxada qoyub
# 22 dekabr 2006 14:56 (UTC +04:00)
Böyük Britaniyada Mohammad, Muhəmməd və İslam dininin peyğəmbərinin adının digər variasiyaları getdikcə daha çox yayılır. APA-nın məlumatına görə, Milli Statistika İdarəsinin açıqlamasında bu adların ənənəvi Cozef və Corc adlarını arxada qoyduğu bildirilib. Məlumata görə, bu il 2833 körpəyə Mohammad, 1422 uşağa isə Muhəmməd adları verilib. Muhəmməd adı Birləşmiş Krallıqda geniş yayılmış adlar siyahısında 22-ci yeri tutur. Ekspertlər bu faktın İslamın Böyük Britaniya mədəniyyətinə təsirinin artdığını göstəricisi kimi qiymətləndiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR