Gəncənin bəzi qəsəbələrinə və küçələrinə təbii qazın verilməsi dayandırılıb

Gəncənin bəzi qəsəbələrinə və küçələrinə təbii qazın verilməsi dayandırılıb
# 22 dekabr 2006 15:08 (UTC +04:00)
Dekabrın 10-dan Gəncə şəhərindəki Yeni Gəncə, Bağbanlar qəsəbələri, Vağzal ətrafı ərazi, N. Nərimanov prospekti, M. A. Abbaszadə, M. Hacıyev, Ş. Hüseynov, M. Vəliyev və Səfəvilər küçələrinə təbii qazın verilməsi dayandırılıb. Gəncə şəhər Qaz İstismarı İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, həmin ərazilərə qazın verilməsinin dayandırılması sakinlərin öz borclarını ödəməməsi ilə bağlıdır. Abonentlər istifadə etdikləri qazın pulunu ödəməsələr, mavi yanacağın verilməsi bərpa olunmayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR