Elmar Hüseynovun qətlində təqsirləndirilən şəxslər barəsində İnterpolun baş katibliyi qırmızı istiqamətləndirmələr dərc edərək, bu təşkilata üzv dövlətlərə yayımlanıb

Elmar Hüseynovun qətlində təqsirləndirilən şəxslər barəsində İnterpolun baş katibliyi qırmızı istiqamətləndirmələr dərc edərək, bu təşkilata üzv dövlətlərə yayımlanıb
# 22 dekabr 2006 15:25 (UTC +04:00)
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində təqsirləndirilən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun yerinin müəyyən olunması və Azərbaycana gətirilməsi ilə bağlı həyata keçirilən tədbirlər hələlik nəticəsiz qalıb. Bunu APA-ya eksklüziv müsahibəsində İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosunun (MMB) rəisi Məmməd Mikayılov deyib. Onun sözlərinə görə, adıçəkilən şəxslər ötən ilin mayından beynəlxalq axtarışa verilib. İnterpolun baş katibliyi tərəfindən onlar barəsində qırmızı istiqamətləndirmələr dərc olunaraq, bu təşkilata üzv dövlətlərə yayımlanıb. Hazırda axtarış tədbirlərinin davam etdirildiyini deyən İnterpolun rəisi bir müddət öncə Teymuraz Əliyevin Gürcüstanda olması barədə bir qrup jurnalistin yaydığı məlumatı təkzib edib və bildirib ki, həmin şəxslər istintaq orqanları tərəfindən dindirilərkən bu, tam sübuta yetirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR