Müstəqil Azərbaycan Universitetinin binaları boşaldılıb

Müstəqil Azərbaycan Universitetinin binaları boşaldılıb
# 22 dekabr 2006 15:47 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) Heydər Hüseynov 60 və Azadlıq prospekti 184 ünvanında yerləşən binaları boşaldılıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin binalardan MAU-ya aid olan bütün avadanlıqlar çıxarılıb və H. Hüseynov 60-da yerləşən bina İslam Universitetinə verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya sözügedən binaların komitənin balansında olduğu və MAU-nun lisenziyasının ləğvi ilə bağlı məhkəmə qərarından sonra bu binaların boşaldılacağı bildirilmişdi. Məsələyə MAU rəhbərliyinin münasibətini öyrənmək mümkün olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR