Qazax Olimpiya Kompleksi yaxın vaxtlarda istifadəyə veriləcək

Qazax Olimpiya Kompleksi yaxın vaxtlarda istifadəyə veriləcək
# 29 yanvar 2007 12:51 (UTC +04:00)
Qazax rayonunda inşa olunan Olimpiya Kompleksi yaxın vaxtlarda istifadəyə veriləcək. Bu barədə APA-ya məlumat verən Qazax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Məhəmməd Orucov bildirib ki, artıq son tamamlama işləri aparılır. Şöbə müdiri kompleksin həyətyanı sahəsində abadlıq işlərinin görüldüyünü, 14 hektar ərazisi olan kompleksin dördmərtəbəli binasında üzgüçülük hovuzu, mini-futbol stadionu, tennis kortu, 300 nəfərlik tamaşaçı yeri olan zal, təlim və yarışlar keçirmək üçün zallar, standartlara cavab verəcək yeməkxana və otelin fəaliyyət göstərəcəyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR