Azərbaycanın Qərb rayonlarında hava şəraiti kəskin pisləşib

Azərbaycanın Qərb rayonlarında hava şəraiti kəskin pisləşib
# 29 yanvar 2007 13:22 (UTC +04:00)
Gəncə Regional Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsi havanın kəskin dəyişməsi ilə əlaqədar qərb regionunun bütün yanğın mühafizə xidmətlərinə rabitə, qaz, elektrik təchizatı və yol idarələrinə gücləndirilmiş iş rejiminə keçməsi tapşırığını verib. Gəncə Regional Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yanvarın 29-dan 30-nə keçən gecə şimal-qərb küləyinin sürəti saniyədə 30-35 metr olacaq. Gəncə regional hidrometeorologiya müəssisəsindən APA-ya bildirib ki, havanın temperaturu 8-10 dərəcə düşüb. Bu gündən etibarən fasilələrlə sulu qar və qar yağacaq. Qərb küləyinin sürəti isə saniyədə 20-25 metr olub.
Güclü külək Goranboy rayonunun bir neçə dağlıq kəndində evlərin dam örtüklərini dağıdıb. Tovuz rayonunda isə telefon xətləri sıradan çıxıb. Bununla yanaşı, Tovuz rayonunun Şəmkirin Zəyəm yarımstansiyasından qidalanan Böyükqışlaq, Qəriblər, Yanıqlı kəndlərinə gedən elektrik xətlərində qəza baş verib. Hazırda bərpa işləri gedir. Qeyd edək ki, xətlər köhnə olduğundan küləyin gücünə tab gətirə bilməyib.
Əlavə edək ki, Tovuz rayonuna, Qazax rayonunun dağlıq ərazisinə, Gədəbəy, Xanlar və Daşkəsən rayonlarına 10 15 santimetr qalınlığında qar yağıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR