2005-ci ildə Göyçay səmasında vertolyotun qəzaya uğraması ilə bağlı başlanmış cinayət işi Rusiya Baş Prokurorluğuna göndərilib

2005-ci ildə Göyçay səmasında vertolyotun qəzaya uğraması ilə bağlı başlanmış cinayət işi Rusiya Baş Prokurorluğuna göndərilib
# 29 yanvar 2007 13:51 (UTC +04:00)
2005-ci il oktyabrın 23-də Göyçay səmasında “K-32” markalı vertolyotun qəzaya uğraması ilə bağlı Respublika Prokurorluğunda başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün Rusiyanın Baş Prokurorluğuna göndərilib. Bu barədə APA-nın sualına cavab olaraq Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib. V.Əliyev bildirib ki, həmin vertolyot Rusiyanın Krasnodar Diyarının Xalq Təsərrüfatında Aviasiyanın təşkil edilməsi üzrə Açıq Tipli Səhmdar Cəmiyyətində qeydiyyatdadır. Həmin Cəmiyyətin vəzifəli şəxslərinin əməllərində qanun pozuntuları müəyyənləşdirilib. İstintaq qərara gəlib ki, onların əməllərinə hüquqi qiymət verilməsi üçün cinayət işi Rusiyanın Baş Prokurorluğuna göndərilsin. Cinayət Məcəlləsinin 262.3-cü (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan dəmir yolu, su və hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin materialları ötən ilin sentyabrında Rusiyaya göndərilib.
Qeyd edək ki, vertolyotun elektrik xəttinə toxunması nəticəsində baş vermiş qəza zamanı 5 ekipaj üzvü həlak olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR