Azərbaycan Nəşriyyatı fevraldan icarə qiymətlərini 50 faiz artıracaq

Azərbaycan Nəşriyyatı fevraldan icarə qiymətlərini 50 faiz artıracaq
# 29 yanvar 2007 14:33 (UTC +04:00)
Onun sözlərinə görə, çap qiymətlərinin artırılması ilə bağlı aparılan hesablamalar da başa çatıb: “Amma hələlik konkret qərar verməmişik. Qiymətlərin hansı prinsiplərlə qaldırılması ilə bağlı bizim üç variantımız var. Fevraldan başlayaraq qəzetləri yeni qiymətlərlə çap etmək niyyətindəyik”. B. İsmayılova qiymətlərin müəyyənləşməsində enerji xərclərinin əsas rol oynayacağını bildirib. Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərin artırılmasından sonra nəşriyyatın çap xərclərini dəyişməməsi müəssisənin zərərlə işləməsi deməkdir. B. İsmayılova qiymətlər artırılarkən əvvəlcədən redaksiyalara xəbərdarlıq ediləcəyini də bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR