Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiası təmin olunmayıb

Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiası təmin olunmayıb
# 29 yanvar 2007 15:13 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) 125 tələbəsinin iddiası Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin olunmayıb. Bu barədə APA-ya MAU-nun keçmiş tələbəsi Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, tələbələrin iddiası üzrə bu gün hakim Əhməd Sarıyevin sədrliyi ilə məhkəmə iclası keçirilib. Müşavirədən qayıdan hakimlər tələbələrin iddiasının əsassız olduğunu və buna görə də təmin edilmədiyini bildiriblər. İclasda tələbələr onların valideynləri və vəkil İntiqam Əliyev, MAU-nun prorektoru Zahir Səmədov, Təhsil Nazirliyinin nümayəndəsi İlyar Vahabov iştirak edib. E. Məmmədov bildirib ki, tələbələr məhkəmə qərarından apelyasiya şikayəti verəcəklər. Atılacaq digər addımlar isə Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin iclasında müəyyənləşəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR