Mərhum jurnalist Samir Əsgərxanovun qəbrinin üstündə qoyulmuş tunc barelyefi oğurlanıb

Mərhum jurnalist Samir Əsgərxanovun qəbrinin üstündə qoyulmuş tunc barelyefi oğurlanıb
# 29 yanvar 2007 15:56 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, barelyefi oğurlayan şəxslər jurnalistin yanında dəfn olunan yaxınlarının qəbirlərinə toxunmayıblar. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin rəis müavini Vələddin Sultanov isə APA-ya bildirib ki, hadisə ilə bağlı onlarda məlumat yoxdur. Rəis müavini mərhumun ailəsi tərəfindən bölməyə müraciət olunacağı təqdirdə, faktla bağlı araşdırmalar aparılacağını söyləyib: “Hadisə barədə günün sonunda xəbər tutduğumuzdan əraziyə baxış keçirmək mümkün deyil. Sabah məlumatı araşdırmaq üçün əməkdaşlarımız hadisə yerində olacaq”.
Qeyd edək ki, S. Əsgərxanov 1998-ci ildə vəfat edib və Yasamal qəbiristanlığında torpağa tapşırılıb. S. Əsgərxanov uzun müddət AzTV-də siyasi şərhçi işləyib, erməni terroru ilə bağlı verilişlərin müəllifi olub. MTN mərhum jurnalistin adına mükafat təsis edib. Mükafat mətbuatda və elektron KİV-də erməni terroru və vətənpərvərlik mövzusunda çıxış edən jurnalistlər arasında keçirilən müsabiqənin qaliblərinə verilir.
/APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR