Vəkilliyə qəbul imtahanları martın 4-də keçiriləcək

Vəkilliyə qəbul imtahanları martın 4-də keçiriləcək
# 29 yanvar 2007 16:09 (UTC +04:00)
Bu gün Vəkillər Kollegiyasının Rəyasət heyətinin iclası keçirilib. Bu barədə APA-ya VK-dən məlumat verilib. İclasda vəkilliyə qəbul olunmaq üçün keçiriləcək test imtahanları ilə bağlı məsələlər müzakirə olunub. Test imtahanının martın 4-də keçirilməsi qərara alınıb. Lakin imtahanın keçiriləcəyi yer hələlik müəyyənləşdirilməyib. Vəkilliyə namizədlər hüququn müxtəlif sahələrinə aid 100 sualı cavablandıracaqlar. Hər sual 1 balla qiymətləndiriləcək. Müsahibə mərhələsində 100 mümkün baldan 50-ni toplayan namizəd iştirak etmək imkanı qazanacaq.
Qeyd edək ki, vəkil olmaq üçün 409 nəfər sənəd verib. Onlar sırasında 15 nəfəri Naxçıvan MR sakinidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR