Sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək
# 30 yanvar 2007 08:06 (UTC +04:00)
Yanvarın 31-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə İmre Palatinus, Günter Folk və Miroslav Vimetal keçirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR