Azərbaycanlı alim Altay Göyüşov iki ay müddətində elmi tədqiqat aparmaq üçün Fransaya gedib

Azərbaycanlı alim Altay Göyüşov iki ay müddətində elmi tədqiqat aparmaq üçün Fransaya gedib
# 30 yanvar 2007 08:11 (UTC +04:00)
Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi nəzdində fəaliyyət göstərən “Bəşəri Elmlər Evi” (“Fondation de la Maison des Sciences de L”™ Homme”) Bakı Dövlət Universitetinin müəllimi Altay Göyüşovu iki ay müddətində “Postsovet Azərbaycanında milli və dini intibah” mövzusunda tədqiqat aparmaq üçün bu ölkəyə dəvət edib. Hazırda Parisdə olan A. Göyüşov APA-ya açıqlamasında bildirib ki, səfər çərçivəsində onun bir sıra elm və tədris mərkəzlərində Azərbaycan, Qafqaz, Mərkəzi Asiya tarixinin müxtəlif problemlərinə aid çıxışları da nəzərdə tutulub. Fevralın 8-də o, Parisin Sosial Elmlər Məktəbində (EHESS) bu ölkənin Yaxın Şərq və postsovet məkanı üzrə aparıcı tədqiqatçıları qarşısında “Postsovet Azərbaycanında dini intibah: ənənənin bərpası, yoxsa yeni islamlaşma?” mövzusunda məruzə edəcək. Fevralın 15-də isə A. Göyüşovun da müəllifi olduğu və Fransada çapdan çıxmış “Postsovet Qafqazında din və siyasət” adlı kitabın təqdimat mərasimi keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR