Vladivostok azərbaycanlı iş adamı İlqar Məmmədovun qatilinin fotorobotunu hazırlayıb

Vladivostok azərbaycanlı iş adamı İlqar Məmmədovun qatilinin fotorobotunu hazırlayıb
# 30 yanvar 2007 08:35 (UTC +04:00)
Vladivostokun Frunze rayon prokurorluğu 39 yaşlı azərbaycanlı iş adamı İlqar Məmmədovun qatilinin fotorobotunu hazırlayıb. APA-nın məlumatına görə, prokurorluq Qafqaz mənşəli, 40-45 yaşlı, boyu 175 sm olan şəxs barədə axtarış elan edib. Qatil qara şalvarda və torpaq rəngli gödəkçədə olub. Bıği və seyrək saqqalı var, üzündə su çiçəyi xəstəliyindən qalma çopurlar diqqəti çəkir. Frunze rayon prokurorluğu qətllə bağlı üç versiyanı nəzərdən keçirsə də, onlardan heç birini açıqlamır. İlqar Məmmədova iki güllə vuran qatil üzünü gizlətməyə cəhd də etməyib. Azərbaycanlı iş adamının özündən sonra beş uşağı qalıb, onlardan kiçiyinin 7 yaşı var. Dünən onun cənazəsi dəfn olunmaq üçün təyyarə ilə Mingəçevir şəhərinə gətirilib./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR