Atatürk prospektində partlayış baş verib

Atatürk prospektində partlayış baş verib
# 30 yanvar 2007 08:40 (UTC +04:00)
Dünən axşam saat 19.56-da Nərimanov rayonu Atatürk prospekti 39, mənzil 52-də partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, partlayış nəticəsində 1950-ci il təvəllüdlü Bəylər Xəlil oğlu Həsənova məxsus mənzilin dəhlizinin tavanı qarsalanıb. Ev sahibi, onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Kifayət Rza qızı Həsənova və nəvəsi, 2002-ci il təvəllüdlü Aytac Həsənova müxtəlif yanıq xəsarəti alıblar. Yaralılar Bakı şəhər Yanıq Mərkəzinə aparılıblar. Partlayışın səbəbi və dəyən ziyan müəyyənləşdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR