Suraxanıda 1 və 7 yaşlı uşaqların ölümü ilə nəticələnən yanğın baş verib

Suraxanıda 1 və 7 yaşlı uşaqların ölümü ilə nəticələnən yanğın baş verib
# 30 yanvar 2007 08:48 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində 1978-ci il təvəllüdlü Nail Xaris oğlu Xasmadova məxsus, ümumi sahəsi 40 kv.m olan 1 mərtəbəli, 1 otaqlı ev yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladları - 1999-cu il təvəllüdlü Elnarə Nail qızı Atamanovanın və 2006-cı il təvəllüdlü Rauf Nail oğlu Atamanovun meyitləri aşkarlanıb. Hadisə zamanı 54 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin yanğınsöndürəni, 1968-ci il təvəllüdlü Etiram Kamal oğlu Şıxməmmədov xəsarət alaraq Sabunçu rayon 3 saylı Şəhər xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı evə buraxılıb. Yanğın saat 04:35 dəqiqədə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi və dəyən ziyan müəyyənləşdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR