Müstəqil Azərbaycan Universitetinin tələbələri etiraz aksiyası keçiriblər

Müstəqil Azərbaycan Universitetinin tələbələri etiraz aksiyası keçiriblər
# 30 yanvar 2007 09:33 (UTC +04:00)
Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin sədri Vüqar Süleymanovun APA-ya verdiyi məlumata görə, saat 10.00-dan binanın qarşısına toplaşan tələbələr təhsil hüquqlarının bərpasını tələb ediblər. Aksiya saat 12.00-dək çəkib, polis aksiyaya müdaxilə etməyib. V.Süleymanov bildirib ki, tələbələr təhsil hüquqlarının bərpa olunması tələbi ilə kütləvi tədbirləri davam etdirəcəklər. O, aclıq aksiyasının da nəzərdə tutulduğunu qeyd edib: “Bundan başqa, Təhsil Nazirliyinin binası qarşısında piketlər keçirəcəyik. Binəqədi rayon Məhkəməsinin qərarından isə yaxın günlərdə apelliyasiya şikayəti veriləcək”.
Xatırladaq ki, yanvarın 29-da Binəqədi rayon Məhkəməsi MAU tələbələrinin digər özəl ali məktəblərə köçürülmələri ilə bağlı iddianı təmin etməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR