Hicran Hüseynova: “Azərbaycanda erkən nikaha girmə BMT-nin açıqladığı kimi 70% deyil”

Hicran Hüseynova: “Azərbaycanda erkən nikaha girmə BMT-nin açıqladığı kimi 70% deyil”
# 06 fevral 2007 13:58 (UTC +04:00)
“Azərbaycanda erkən nikaha girmə halları var. Ancaq bu, BMT-nin açıqladığı kimi 70% deyil, aşağıdır. Cənub rayonlarında elə ailələr var ki, onların bir hissəsi İranda yaşayır. Onlar elə fikirləşirlər ki, İranda yaşayan oğlanların maddi vəziyyəti daha yaxşıdır, ona görə də qızlarını İrana ərə vermək istəyirlər”. APA-nın məlumatına görə, bu sözləri deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yetkinlik yaşına çatmayan qızların ailə qurmasında valideynlərin də xüsusi rolunun olduğunu söyləyib: “14-15 yaşlı uşaqlar sərhəddən tək keçə bilməzlər. Onlar sərhəddən valideynləri ilə keçirilir. Deməli, burada boşluq var, bu məsələni aradan qaldırmalıyıq”. H. Hüseynova bildirib ki, onlar nikah yaşının qızlar və oğlanlar üçün 18 yaşına qaldırılması təklifi ilə də Milli Məclisə müraciət ediblər: “Azərbaycan Uşaq Konvensiyasına qoşulub. Orada da qeyd edilib ki, oğlanlar və qızlar üçün nikah yaşı 18 olmalıdır. Azərbaycanın Konstitusiyasında isə qızlar üçün nikah yaşı 17 yaş göstərilib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR